Avropada Rus qazına alternativ ABŞ-ın “azadlıq qazı”

Baxış sayı:
8572

ABŞ Enerji Nazirliyinin rəsmiləri ölkədə çıxan təbii qazı 'azadlıq qazı' olaraq xarakterizə etməyə başlayıb.
 
ABŞ çıxardığı təbii qazı 'azadlıq qazı' adlandırır. İlk olaraq 2 mayda Enerji naziri Rick Perry tərəfindən səsləndirilən bu ifadə artıq rəsmi sənədlərdə də istifadə edilir.
Perry Brüssel səfəri əsnasında, ABŞ-ın İkinci Dünya Müharibəsində Avropa qitəsini Faşist işğalından qurtarmasına işarə edərək "Amerika Avropaya təbii qaz ixracatını iki dəfə artıracaq. ABŞ qitəyə yeni bir azadlıq forması təqdim edir. Amma bunu bu dəfə gənc Amerikan əsgərləriylə deyil, mayeləşdirilmiş təbii qazla edirik" demişdi.
 
AVROPANIN ALDIĞI RUS QAZINA ALTERNATİV
 
Rick Perry Amerikan təbii qazının Rus qazına qarşı bir alternativ olacağını söyləmişdi.
Enerji Nazirliyinin məsləhətçisi Mark W. Menezes də çərşənbə axşamı günü Texasdakı Freeport LNG terminalından çıxan qazın ixracının təsdiq edilməsiylə əlaqədar etdiyi bəyanda bu ifadəni istifadə edib.
Menezes "Freeport LNG-dən ixrac həcmini artırmaq Amerikanın müttəfiqlərinə ucuz bir təmiz enerji qaynağı təqdim edərək “azadlıq qazı”nın bütün dünyaya yayılmasını təmin etmək baxımından həyati əhəmiyyətdədir" deyib.
 
"AZADLIQ MOLEKULLARINI DÜNYAYA YAYACAĞIQ"
 
Nazir müavini Steven Winberg də bir çıxışında, "ABŞ-ın bu il təbii qaz istehsalında yeni bir rekord əldə edəcəyi dövrdə Enerji Nazirliyi azadlıq molekullarının dünyaya ixrac edilməsinə icazə verən təsirli bir mexanizmin yaradılması üçün əlindən gələni edir" deyə bildirmişdi.
İngiltərənin “Guardian” qəzeti mövzuyla əlaqədar dərc etdiyi yazıda, "Təbii qaza milliyyətçi bir məna yükləməyə çalışan Tramp rəhbərliyinin bu anlayışın axmaqlığının fərqində olub olmadıqları müəyyən deyil, amma Enerji nazirinin buna inandığı aydın görsənir" deyə qeyd edib.
Müxalifət.az