​Avropada istilik rekordu qırıla bilər

Baxış sayı:
3907

Pireney yarımadasında havanın temperaturu 50 dərəcəyə qalxa bilər.
Muxalifet.az xəbər verir ki, yarımadanın iki ölkəsi - İspaniya və Portuqaliyada Avropanın istilik rekordu qırıla bilər.
Bildirilir ki, temperatur göstərilən dərəcəyə qalxarsa, 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınmış 48 dərəcəlik rekord təzələnəcək.
Qeyd edək ki, Avropada yüksək temperatura səbəb kimi Afrikadan gələn isti hava kütlələri göstərilir.