Avropada İslam düşməni Quran-ı Kərimi ayaqlar altına atdı: Olaylar çıxdı

Baxış sayı:
11752

 Danimarkada ifrat sağçı “Stram Kurs”-ub lideri Rasmus Paludanın Müsəlmanların sıx yaşadığı məhəllədə etdiyi təxribatdan sonra hadisələr nəzarətdən çıxıb. Medianın verdiyi məlumata görə, Müsəlmanların sıx yaşadığı paytaxt Kopenhagenin Nörrebro səmtindəki “Blaagards Plads” Meydanında polis əhatəsində mitinq keçirən radikal sağçı Paludan əlində tutduğu Quran-i Kərimi havada fırladaraq ayaqlar altına atıb.
 İnsanları meydanda toplayıb Quranı Kərimi havaya atdı
 
Paludanun bu təxribatından sonra hadisələr nəzarətdən çıxıb. Əksəriyyəti gənclərdən ibarət olan Müsəlmanlar polisə daş atıb, konteynerləri yandırıblar, polis də izdihama qarşı bibər qazı istifadə edib. Təxribatçı Paludanı cəzalandırmaq üçün ona doğru qaçan bir nəfər isə hüquq-mühafizə orqanları tərəfindən əngəllənib.
Təxribatçı Paludan dərhal polis nəzarəti altında ərazidən uzaqlaşdırılıb.
 
KOPENHAGEN POLİSİ ÇAĞIRIŞ ETDİ
 
 Kopenhagen Polisi sosial media hesabından, hadisələrin yaşandığı “Blaagards Plads” Meydanı yaxınlığında yaşayan vətəndaşların evlərindən çıxmaması və meydandan uzaq dayanmaları çağırışı edib.
İfrat sağçı lideri Rasmus 22 martda da Danimarka Parlamenti qarşısında qılınan cümə namazına etiraz edərək Quran-i Kərimi yandırmışdı.
Müxalifət.az