​"AVROPA TÜRKİYƏSİZ YAŞAYA BİLMƏZ" - ÇAVUŞOĞLU

Baxış sayı:
3091

Muxalifət.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İngiltərənin “Teleqraf” qəzetində “Türkiyə barəsindəki xurafatları yox eləmək zamanı. Avropa Türkiyəsiz yaşaya bilməz” başlıqlı məqaləsi dərc edilib. Çavuşoğlu həmin məqalədə öz mövqeyini belə ifadə edib: “Türkiyəsiz bir Avropa qorumasız və müdafiəsiz qalacaqdır. Türkiyə hər Avropa ölkəsinin çatmaq istədiyi səviyyədə böyüyən iqtisadiyyatı ilə iqtisadi mənada bir dəyərdir. Türkiyənin Avropa İttifaqına yük olacağı fikri bu səbəbdən qətiyyən yanlışdır”.
Çavuşoğlu məqalədə Suriya, Yaxın Şərq, Türkiyənin idarəçiliyi, Aİ üzvlüyü və demokratiya təzyiqləri altında yazıb.
Türkiyənin Suriyada 3 məqsədə riayət elədiyini bildirən Çavuşoğlu həmin prinsipləri “insanların əzab çəkməsini dayandırmaq”, “terrorla mübarizə” və “siyasi həll” olaraq sıralayıb.
Türkiyə həm də Suriyadan Avropaya axan qaçqın selinin qarşısında duran bir səddir.
Dünyadakı 5,5 milyondan artıq suriyalı qaçqının Türkiyədə olduğunu, Türkiyənin bütün dünyada qaçqınlara adambaşına ən çox vəsait xərcləyən ölkə olduğunu qeyd edib./Hurriyyet.org