​Avropa təhlükədə: Trampın bu qərarı...

Baxış sayı:
2767

ABŞ Ortamənzilli Nüvə anlaşmasından çıxması qərarına yenidən nəzər yetirməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. O bildirib ki, Tramp bu qərarın Avropada hansı nəticələrə gətirib çıxaracağını düşünməlidir:
“Bu razılaşma 30 ildə Avropanın təhlükəsizliyinin bir qarantı oldu. Rusiyanın bu anlaşmanın müddəalarını pozması yönündə ittihamların araşdırılmasının vacibliyini qeyd etdik. İndi isə ABŞ-ın bu razılaşmadan çıxması ilə bağlı qərarını yenidən dəyərləndirməsini istəyirik”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ortamənzilli Nüvə razılaşmasından çıxacağını bildirib.