Avropa Şurasının baş katibi Azərbaycandan ŞİKAYƏT DOLU STATUS YAZDI

Deməyə sözüm var...
 
Avropa Şurasının baş katibi Tornbörn Yaqland Facebook səhifəsində müraciət dərc edib.
 
 Müraciətdə deyilir:
"Son bir neçə gündə Avropa Şurasına və şəxsən onun rəhbərinə qarşı kütləvi və mütəşəkkil hücum kampaniyası aparılır.
Avropa tarixində hələ indiyədək üzv ölkə tərəfindən seçkili baş katibə qarşı belə hücum edilməyib.
Bu kampaniya Avropa Şurasında Azərbaycana qarşı prosedura başlamaq təşəbbüsünə görədir. Həmin təşəbbüsün qaldırılmasına səbəb isə Avropa İnsan Hüquqları Məhkəməsinin üç il bundan əvvəl qəbul etdiyi qərarına rəğmən İlqar Məmmədovun hələ də həbsxanada saxlanmasıdır.
Ən güclü hücumları edən bloger Fətullayevdir. Onun özü bir vaxtlar həbsxanaya salınanda çoxsaylı səylər nəticəsində azad olunmuşdu. O özü demişdi ki, baş katib onun həyatını xilas edib. Lakin indi o, hökumətin müdafiəçisinə çevrilib.
Belə hallar əvvəllər də müşahidə edilib. Fəallar həbsxana rəsmilərinin təhriki ilə başqa məhbuslar tərəfindən incidilir və buna daha dözə bilməyəndə etiraf çıxışı edir, əfv istəyirlər.
Mən həmişə demişəm ki, Nazirlər Komitəsi üzv ölkənin belə davranışına dözümlülük göstərə bilməz.
Avropa bütün qaz, neft, maliyyə və strateji maraqlarını bir tərəfə qoyub siyasi məhbusu müdafiə etməlidir".