Avropa Şurasından “İstanbul” qərarı

Baxış sayı:
3952

 Avropa Şurası İstanbulda təkrarlanacaq olan Bələdiyyə sədrliyi seçkilərini izləmək üçün nümayəndə heyəti göndərməyi planlaşdırır.
 
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Anders Knape etdiyi yazılı bəyanatda, təkrarlanacaq olan seçkiləri izləmək üçün İstanbula bir heyət göndərmək niyyətində olduqlarını bildirib.
 
SEÇKİLƏR MÜŞAHİDƏ EDİLƏCƏK
 
 Türkiyənin Avropa Şurasındakı səfiri Kaan Esenerə bu barədə məktub göndərdiklərini bildirən Knape, rəsmi dəvətin vaxtında gəldiyi təqdirdə iyunun 23-də təkrarlanacaq seçkiləri müşahidə etmək üçün heyətlə gedəcəklərini bildirib.
Qeyd edək ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi 31 martda keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 20 ölkədən 22 nümayəndə Türkiyəyə göndərmişdi.
Müxalifət.az