​Avropa şirkətləri İranı tərk edəcək, sonra isə... - MERKEL

Baxış sayı:
6925

Avropa şirkətlərinin bir hissəsi böyük ehtimalla ABŞ sanksiyaları ucbatından İranı tərk edəcəklər.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib. O, İranı tərk edən Avropa şirkətlərinin yerini Çin şirkətlərinin doldurmasının Pekinin qərarı olacağını bildirib. Merkel həmçinin Berlinin bundan sonra da İranla nüvə razılaşmasına hörmətlə yanaşacağını deyib:
 “Razılaşmaya gəlincə isə bu, ideal deyil. Başqa variantlar buna nisbətdə daha qeyri-stabildir, ona görə də biz bu razılaşmaya hörmət edəcəyik”.