Avropa şirkətləri ABŞ-dan imtina etdi: RUSLARDAN ALIRIQ

Baxış sayı:
4489

Avropa şirkətləri Rusiyanın təbii qazından imtina etməyəcək.
Bu barədə Avropanın OMV, "Vintəşol" və "Uniper" şirkətlərinin rəhbərlərinin məktubunda bildirilib.
Bildirilir ki, "Şimal axını 2" kəməri Avropanın enerji təhlükəsizliyinə heç bir təhlükə törətmir. "ABŞ-dan daha bahalı mayeləşdirilmiş qaz almaqdansa, Rusiyanın qazını almaq münasibdir. Ruslardan başqa hazır istehlakçılar yoxdur", - müraciətdə qeyd edilib.
Qeyd edək ki, “Şimal axını 2” layihəsi Moskvanın əsas proyektlərindən biri hesab edilir. Hazırda ABŞ və Polşa başda olmaqla, bir sıra Avropa dövlətləri bu layihəyə qarşı çıxır./axar/