Avropa Parlamentindən qalmaqal “Türkiyə” qərarı!

Baxış sayı:
5146

 Avropa Parlamenti Türkiyəylə bağlı qalmaqal bir qərara imza atmağa hazırlaşır. Parlament üzvləri Türkiyənin ilk atom stansiyası olan Akkuyu nüvə stansiyası layihəsinə qarşı çıxan bir qətnamə layihəsini 13 martda səsverməyə qoyacaq.
 
Səsvermə üçün Avropa Parlamentinə (AP) təqdim olunan sənədə görə, çərşənbə günü Avropalı parlamentarilərin müzakirə edəcəyi qətnamə layihəsindəki Türkiyəylə bağlı maddədə, Rusiya tərəfindən Mersində inşa ediləcək Akkuyu nüvə stansiyasının tikinti planlarının dayandırılması istiqamətində çağırış edilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
 Sözügedən maddədə, "AP Türkiyə hökumətini Akkuyu nüvə stansiyasının inşa planlarını dayandırmağa çağırır" ifadəsinə yer verildiyi bildirilir.
Qeyd edək ki, Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu Mersinin Gülnar rayonunda yerləşir. Rusiyanın Dövlət Nüvə Enerji Müəssisəsi Rosatom tərəfindən inşa edilən stansiyanın təməlqoyma mərasimi 3 aprel 2018-ci il tarixində prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmişdi. Stansiyanın ilk reaktorunun 2023-ci ildə istismara verilməsi planlaşdırılır.
Müxalifət.az