​AVROPA PARÇALANIR! - DƏQİQLƏŞDİ

Baxış sayı:
4768

Muxalifət.az xəbər verir ki, 27 ölkə tərəfindən hazırlanan “Breksit” qanun layihəsi qəbul ediləcək.
Avropa İttifaqı Şurasının başçısı Donald Tusk 27 üzv ölkə tərəfindən hazırlanan Breksit ayrılıq razılamasını qəbul edəcəklərindən “qəti əmin” olduqlarını bildirib. Tusk, Avropa İş Dünyası Konfederasiyası tərəfindən Brüsseldə keçirilən tədbirdə çıxış edərkən deyib: “Üzv olan ölkələr yaxın günlərdə dünən açıqlanan ayrılıq razılaşması layihəsini müzakirə edəcək. Bütün Aİ üzvü olan ölkələrin qərar layihəsinin əsas maddələrini qəbul edəcəklərinə qəti şəkildə əminəm”.
Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqından çıxmağa, Gömrük İttifaqı və Vahid Bazarı tərk eləməyə hazırlaşır. İngiltərə 2016-cı ilin iyun ayında keçirilən referndumda Aİ-dən ayrılmağı qərara alıb, 2017-ci il martın 29-da da Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən, ayrılıq prosesinə rəsmən başlamışdı./Hurriyyet.org