Avropa Parlamentindən yeni TÜRKİYƏ DÜŞMƏNÇİLİYİ

Baxış sayı:
5731

Avropa İttifaqında Türkiyə əleyhinə işlərə rəhbərlik edən Kati Piri yenə bir Türk düşmənçiliyi ilə səhnədədir. Piri bu dəfə də Avropa parlamentarilərinə Türkiyənin AB müzakirələrinin rəsmən təxirə salınması üçün müraciət edib.
 
MÜZAKİRƏLƏRİN TƏXİRƏ SALINMASI İSTİQAMƏTİNDƏ QƏRAR
 
Avropa Parlamentində keçirilən səsvermədə, Türkiyə ilə müzakirələrin təxirə salınması təklifi 7 əleyhinə, 47 lehinə səs olmaqla, qəbul edilib. 10 üzv isə bitərəf qalıb. Piribu qərardan sonra keçiriləcək yeni sessiyada da parlamentariləri Türkiyə əleyhinə səs verməyə dəvət edib: 
"Avropa Parlamenti Avropa İttifaqında səs verən təbəqəni təmsil edir. Türkiyənin iştirak prosesi kimi mühüm məsələlərdə mövqe müəyyən edirik. Mənim gözləntim AP Xarici Əlaqələr Komitəsinin eynilə bu gün etdiyi kimi, iki həftə ərzində AP-nin böyük əksəriyyətinin Türkiyə ilə iştirak müzakirələrinin təxirə salınması yönündə qərar verməsidir".
 
TÜRKİYƏ QIRMIZI XƏTLƏRİ KEÇDİ
 
Kati Pirinin hüquqsuz açıqlamaları bunlarla da məhdud deyil. AP-nin Türkiyə üzrə məruzəçisi, "Türkiyə bir namizəd kimi qırmızı xətləri aşdı. Bunun da siyasi nəticələri olmalıdır", - deyib.

Müxalifət.az