​Avropa İranın üzərindən xətt çəkir - İsrail

Baxış sayı:
746

Almaniya, Fransa və Britaniya İrana qarşı təzyiqləri gücləndirməyə hazır olduqlarına dair mesajlar verməyə başlayıblar.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Daxili Təhlükəsizlik naziri Gilad Erdan söyləyib.
“Mən ABŞ Prezidenti Donald Trampın sonuncu dəfə İrana şans verdiyinə inanıram. Biz həmçinin avropalıların İrana qarşı davranışın dəyişilməsi zamanının çatdığının anladığını görürük. Məncə almanlar iranlılara qarşı təzyiqlərini artıracaqlarını ifadə etməyə başlayırlar. Britaniya və Fransanın da bu istiqamətdə hərəkət edəcəyinə inanıram” – deyə o bildirib.