"Avropa internetsiz qalmaq istəmirsə, Rusiyanın ziddinə getməsin..." - Marşal

Baxış sayı:
4391

Rusiya ABŞ və Avropanı bir-birinə bağlayan internet təchizatı və beynəlxalq ticarətin aparılması üçün zəruri olan dərin sualtı kabellərin təhlükəsizliyini təhdid altında qoyur.
Muxalifet.az xəbər verir ki, bu barədə Britaniya Baş Qərargahının rəhbəri, NATO Hərbi Komitəsinin gələcək rəhbəri və Aviasiya marşalı Stüart Piç danışıb.
Marşalın sözlərinə görə, Böyük Britaniya və onun NATO-dakı müttəfiqləri ilk növbədə diqqəti kommunikasiya xətlərinin Rusiyadan müdafiə edilməsinə yönəltməlidir. Rusiyanın donanmasını sürətlə yenilədiyini bildirən Piç NATO-nun Moskva ilə ayaqlaşmaq üçün öz hərbi-dəniz qüvvələrini inkişaf etdirməli olduğunu qeyd edib.
Baş Qərargah rəisi həmçinin Rusiyadan müdafiə olunmaq üçün atılacaq addımların bir neçə il ərzində deyil, tez bir zamanda gerçəkləşməli olduğunu vurğulayıb.