​Avropa digər qitələrdən asılı duruma düşə bilər - Xəbərdarlıq

Baxış sayı:
3851

Avropa Birliyi (AB) büdcəsinin uzun müddətli artırılması vacibdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının rəhbəri Jan-Klod Yunker deyib.
O bildirib ki, AB-nin maliyyə perspektivi üçün daxili və xarici təhlükəsizlik, sosial, miqrasiya, müdafiə, kənd təsərrüfatı kimi sahələri məhdudiyyət tətbiq edilmədən maliyyələşdirilməlidir.
Yunker əlavə edib ki, ittifaq ərzaq təhlükəsizliyi baxımından digər qitələrdən asılı vəziyyətə düşə bilər.