Avropa Birliyindən Trampa xəbərdarlıq: MİSLİ İLƏ QARŞILIQ VERƏCƏYİK

Baxış sayı:
2251

Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Juncker, ABŞ prezidenti Donald Trampa təhdid edib. “Əgər ABŞ avtomobil rüsumlarını artırarsa, biz də eynisini edərik” açıqlamasında verib.
 
Yunker , açıqlamasında , "Ümid edirəm ki, ABŞ prezidenti Trampla yeni vergi razılaşmamış keçərli olacaq" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Avropa İttifaqının (Aİ) iki tərəf arasında avtomobil ticarətində gömrük vergilərinin qaldırılması istiqamətindəki təklifini qəbul etməyib.
“Bloomberg News” televiziyasına danışan Tramp, "Təklif kifayət qədər yaxşı deyil. Onların istehlakçı vərdişləri, öz avtomobillərini və bizim avtomobillərimizi almaq istiqamətində deyil" deyib.
Qeyd edək ki, Aİ Komissiyanın ticarətdən məsul üzvü Cecilia Malmstrom, Avropa Parlamenti üzvlərinə cümə günü etdiyi çıxışında, "Avropa İttifaqı, əgər ABŞ da eynisini edərsə, avtomobil gömrük tariflərini sıfıra endirməyə, bütün tarifləri sıfırlamağa istəklidir" demişdi.
Müxalifət.az