Avropa Birliyindən İrana şok: Rədd etdilər

Baxış sayı:
6199

 Avropa Birliyi (Aİ), Fransa, Almaniya və Böyük Britaniya İrana nüvə müqaviləsinə dair məsuliyyətlərini yerinə yetirmək çağırışı edərək hər cür "ultimatumu" rədd etdiklərini bildirib.
 
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini, Fransa Xarici İşlər naziri Jean-Yves Le Drian, Almaniya Xarici İşlər naziri Heiko Maas və Böyük Britaniya Xarici İşlər naziri Ceremi Hunt İranın nüvə müqaviləsi ilə bağlı öhdəliklərini qismən dayandırma qərarına dair birgə bəyanat verib.
Açıqlamada, Tehran rəhbərliyinin nüvə müqaviləsinin öhdəliklərini qismən dayandırmağa yönəlik bəyanının böyük narahatlıqla qarşılandığı qeyd edilib.
Tərəflərin nüvə müqaviləsinin qorunması və tam olaraq həyata keçirilməsi məsələsində qərarlılığını davam etdirdiyi ifadə edilən açıqlamada, "İranı güclü bir şəkildə, indiyə qədər etdiyi kimi, nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməyə davam etməsini və gərginliyi artırmaqdan çəkinməsinə dəvət edirik" deyə qeyd edilib.
 Açıqlamada, "Hər cür ultimatumu rədd edirik və İranın öhdəliklərini yerinə yetirib yetirmədiyini nüvə müqaviləsi və Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Sazişi çərçivəsində qiymətləndirəcəyik" ifadəsinə yer verilib.
ABŞ-ın İrana qarşı yeni sanksiya qərarının təəssüflə qarşılandığı bildirilən açıqlamada, İranla qanuni yollardan ticarət etməyə yönəlik işləri qətiyyətlə davam edəcəkləri qeyd olunub.
Müxalifət.az