Avropa Birliyindən İrana sanksiya qərarı

Baxış sayı:
9616

Danimarkanın xarici işlər naziri Avropa İttifaqının İran kəşfiyyat xidmətinə sanksiya tətbiq etmək üçün qərar verdiyini açıqlayıb. Qərarın Avropa ərazisindəki İran kəşfiyyat xidmətinin sui-qəsd cəhdində olduğu üçün qəbul edildiyini söyləyib. Qeyd edək ki, ötən oktyabr ayında Danimarka təhlükəsizlik qüvvələri İran kəşfiyyatı ilə əlaqəli olan bir şəxsi Ərəb Əhvaz Azadlıq Hərəkatının liderinə sui-qəsd etmək niyyətində olduğu iddiası ilə həbs etmişdi. İran isə Danimarkanın iddialarını rədd etmişdi. Müxalifət.az