Avropa Birliyindən Böyük Britaniyaya Brexit təklifi

Baxış sayı:
6433

Avropa İttifaqı Böyük Britaniyaya Brexit-dən sonra bir tərəfli Gömrük İttifaqından çıxmaq hüququ verə bilər.
 
Avropa İttifaqı (AB) Böyük Britaniyanın Breksit-dən sonra birtərəfli olaraq Gömrük İttifaqından çıxa biləcəyi hüququnun verilə biləcəyini, lakin İrlandiya ilə Şimali İrlandiya arasında fiziki sərhəd tətbiq edilməməsi lazım olduğunu bildirib.
AB-nin Brexit üzrə baş müzakirəçisi Michel Barnier Brüsseldə keçirilən bir yığıncaqdan sonra 27 AB üzvü ölkənin səfirləri ilə etdiyi müzakirələri Twitter hesabından şərh edib.
"Aİ Gömrük İttifaqını birtərəfli tərək edə biləcəyi ilə bağlı variant təklif edə bilər, lakin İrlandiya ilə Şimali İrlandiya arasında fiziki sərhədin qarşısını alan tədbirin digər elementlərindən qorunmalıdır" deyə Barnier bildirib.
Barnier qeyd edib ki, Böyük Britaniyanın Aİ-dən danışıqlar yolu ilə ayrılmasını təmin etmək üçün intensiv işləməyə davam edəcəkdir.
Qeyd edək ki, Britaniya Parlamenti 15 yanvar tarixində baş nazir Teresa Mey-in AB ilə əldə etdiyi Brexit müqaviləsini əzici çoxluqla rədd etmişdi.
Müxalifət.az