Avropa Birliyində qazan qaynayır: Almaniya ilə Fransanın maraqları toqquşdu

Baxış sayı:
8860

Avropa Birliyində qazan yenə qaynayır. AB Komissiyası başçısının müəyyən olunmasında Almaniya ilə Fransa arasında fikir ayrılığı yaşandığı ifadə edilir.
 
Almaniyanın baş naziri Angela Merkel Avropa Birliyi (AB) Komissiyasının rəhbərinin müəyyən olunmasında Avropa Parlamenti ilə ortaq bir həll tapılmasını istədiyini söyləyib.
Merkel AB Liderlər Zirvəsinin ilk günündəki iclasından sonra təşkil etdiyi mətbuat konfransında, görüşmələrdə AB təşkilatlarına ediləcək vəzifə təyinatlarının müzakirə olunduğunu ifadə edərək aparılan müşavirələrdə AB Komissiyası rəhbərliyi üçün Avropa Parlamenti (AP) seçkilərindəki siyasi qrupların siyahılarına başçılıq edən namizədlərin heç birinin əksəriyyətin dəstəyini ala bilmədiyini ifadə edib.
AB Komissiyasının rəhbəri olacaq adamın AB Şurası tərəfindən təklif edildiyini və Avropa Parlamentinin də təsdiqlənməsi lazım olduğuna işarə edən Merkel, "Biz əlbəttə parlament ilə ortaq həll tapılmasını istəyirik" deyib.
Bundan ötəri Avropa Parlamentinin nümayəndələriylə və məclis qrupu başçılarıyla müşavirələrdə olmaq üçün AB Şurasının başçısı Donald Tusk-un vəzifələndirildiyini ifadə edən Merkel, 30 iyunda da fövqəladə AB Liderlər Zirvəsində AB ölkələrinin hökumət və dövlət başçılarının təkrar bir araya gələcəyini qeyd edib.
AB Şurası olaraq AP ilə böhran yaşanmasını istəmədiklərini vurğulayan Merkel, "Bu, gələcək 5 illik işdə AB üçün yaxşı olmaz" deyib.
AB Komissiyası rəhbərinin təyin olunmasında Almaniya ilə Fransa arasında fikir ayrılığı yaşandığı ifadə edilir.
Almaniya AP-də Xristian Demokratların meydana gətirdiyi Avropa Xalq Partiyasının namizədi Manfred Weberin AB Komissiyasının rəhbəri olmasını istəyərkən, Fransanın buna isti baxmadığı ifadə edilir.
Müxalifət.az