​Avropa Birliyi yeni siyasətini açıqladı

Baxış sayı:
2454

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini qurumun 2018-ci ildə 12 prioritet siyasətini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, öz bloqunda bu istiqamətdəki işlərə 2017-ci ildən start verildiyini yazıb.
Moqerininin qeyd etdiyi prioritet məsələlərə Avropa Birliyinin yenilənməsi, Avropanın müdafiəsi, miqrasiya məsələsində Afrika ilə əməkdaşlıq, Balkan ölkələrinin Avropa Birliyinə inteqrasiyası, İranla imzalanmış nüvə müqaviləsinin yerinə yetirilməsi, Avropanın Qüds məsələsi ilə bağlı ümumi siyasəti və Rohinya qaçqınlarına yardım da daxildir.