"Avakov mənim səviyyəmdən aşağı adamdır" – SAAKAŞVİLİ

Mənim Ukrayna Prezidenti Pyotr Poroşenko ilə heç bir şəxsi ədavətim yoxdur.
 
Bunu jurnalistlərə açıqlamasında Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili söyləyib.
“Mən Baş nazir Vladimir Qroysmana hörmət etmirəm, amma onunla da şəxsi ədavətim yoxdur. Mənim sayəmdə o, baş nazir olub. Mən hər şeyi etdim ki, Yasenyuku ortadan götürüm. Mənim hətta Arseni Avakovla da şəxsi ədavətim yoxdur. Bu adam mənim səviyyəmdən çox aşağıdır”, – deyə o bildirib.