​Ava təhlükəsi: Bu ölkədə 29 nəfərin həyatına son qoydu

Baxış sayı:
3783

Madaqaskarın şərqində güclü siklon nəticəsində 29 nəfərin öldüyü bildirilir.
Muxalifet.az xəbər verir ki, bundan başqa üç nəfər yaralanıb, iki nəfər isə itkin düşüb.
Sürəti saatda 140-190 kilometrə çatan Ava tropik siklonu Madakaskar ərazisinə yanvarın 5-də çatıb və həftəsonu ərzində ölkənin şərq sahillərində ciddi fəsadlar törədib.
Fövqəladə vəziyyətin idarə edilməsi üzrə Milli Ofis yanvarın 8-də altı nəfərin cəsədini tapa bilib. Qurum tərəfindən 13 min sakin təxliyə olunub. Bundan başqa, torpaq sürüşməsi və daşqın ehtimalı ilə əlaqədar 16 mindən çox şagirdin təhsil aldığı məktəblərdə dərslər yanvarın 11-dək təxirə salınıb.
Ötən ilin martında Enavo qasırğası Madaqaskarda 78 nəfərin həyatına son qoymuşdu.