ATƏT sədri BMT-də Qarabağın həllindən danışdı

Baxış sayı:
8161

ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcək.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
O qeyd edib ki, təşkilat diqqətini ATƏT regionunda həlli uzanmış münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə cəmləyib:
"Biz münaqişənin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcəyik". (trend)