Atəşkəs pozuldu: 4 ölü, 9 yaralı - Şiddətli DÖYÜŞLƏR GEDİR

Baxış sayı:
4552

Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib.
“Obozrevatel” nəşri xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozan “Donetsk Xalq Respublikası” separatçı qurumun silahlı birləşmələrinə dağıdıcı zərbələr endirib.
Qarşıdurma nəticəsində 4 döyüşçü öldürülüb, daha 8-i yaralanıb. Ukrayna tərəfdən bir hərbçinin yaralandığı bildirilir. Atışmanın fasilələrlə davam etdiyi deyilir.