Atatürkdən təsirlənən azərbaycanlı xəstə Türkiyəyə getdi

Mustafa Kamal Atatürkün “Məni türk həkimlərinə əmanət edin” sözlərindən təsirlənən azərbaycanlı xəstə böyrək köçürülməsi üçün Akdeniz Universitetinin xəstəxanasına müraciət edib.
 
Türkiyə mətbuatı xəbər verir ki, xəstəyə bacısının böyrəyi köçürülüb.
Şirvan şəhərindən olan 36 yaşlı Abdin Nəzərli qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə nəticəsində onun böyrək çatışmazlığından əziyyət çəkdiyi bəlli olub. Nəzərli deyib ki, Atatürkü çox sevdiyi üçün onun türk həkimləri ilə bağlı dediklərindən təsirlənib. Buna görə də, Türkiyədə əməliyyat olunmasını istəyib. Nəzərliyə 56 yaşlı bacısının böyrəyi köçürülüb.
Nəzərlinin 3 və 7 yaşında iki uşağı var. Orqan nəqli mərkəzinin müdiri Aydınlı Azərbaycandan gedən xəstənin əməliyyatdan sonra problem olmayacağını açıqlayıb.