“Atamın qatilinin əlini sıxmaq asan deyil” – Livanın baş naziri

Baxış sayı:
8089

 Livanın baş naziri Saad Hariri 2009-cu ildə Suriya rejiminin lideri Bəşər Əsəd ilə əl görüşməklə həyatının ən çətin anlarından birini yaşadığını deyib.
 
 Hariri məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirən atası və keçmiş baş nazir Rəfiq Haririnin ölümünün 14-ci ildönümü münasibətilə Livanın "En-Nahar" qəzetinə verdiyi açıqlamada, 2009-ci ildə təzyiqlər altında Suriyanın paytaxtı Dəməşqə getdiyini bildirib.
Ona çox ağır gələn o səfəri Livanın maraqları naminə etdiyini dilə gətirən Hariri, "Əsəd ilə əl görüşəndə həyatımın ən çətin anlarından birini yaşadım. Çünki bir insanın atasının qatili ilə əl görüşməsi asan deyil" deyib.
 O vaxt Suriya hökumətilə yeni bir səhifə açılması üçün ona Ərəb və beynəlxalq aləmdə təzyiqlər edildiyini söyləyən Hariri, sözügedən səfərə görə hələ də bir peşmançılıq çəkmədiyini, çünki bunun nəticəsində bir neçə il keçəndən sonra iki ölkənin yenidən qarşılıqlı olaraq səfirliklərini açdığını qeyd edib.
Hariri həmçinin yenidən Əsəd ilə bir araya gələrək əllə görüşməsi ehtimalının olub olmadığı sualına isə "Mümkün deyil" deyə cavab verib.
Müxalifət.az