Atadan 3 yaşlı qızına qarşı QANDONDURAN ƏMƏL - DƏHŞƏTLİ VİDEO

Baxış sayı:
421

Türkiyədə qızlarını kəmərlə döyən ata axtarışa verilib.

Muxalifet.az Türkiyənin "Haberler" nəşrinə istinadən xəbər verir ki, hadisə ölkənin Qaziantep vilayətində baş verib. Bir kişi mütəmadi olaraq uşaqlarını döyüb və təhqir edib. Bunu sübut etmək üçün qonşuluqda yaşayan vətəndaşlardan biri həmin anları telefon vasitəsilə lentə alıb.

Qonşusunun evini mobil telefonla kameraya çəkən kişi həmin kadrları sosial şəbəkədə paylaşıb və polisə təhvil verib.

Görüntülərdə yaşları təxminən yaşı 3-4 olan iki qız uşağının kəmərlə döyüldüyü, ağladığı anlar əks olunub. Uşaqlarını vəhşicəsinə döyən həmin ata ilə bağlı Türkiyə polisindən tədbir görülməsi tələb edilib.

Xatırladaq ki, atanın uşaqlarını hansı səbəbdən döydüyü məlum deyil.