Aşura günü asayişi pozanlar HƏBS EDİLDİ

Gəncə şəhərindəki “İmamzadə”məscid-kompleksində Aşura günü ictimai asayişi pozan və polisin qanuni tələblərini yerinə yetirməyən 4 nəfər saxlanılıb. 
Report-un məlumatına görə, onlar barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. 
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.