AŞPA prezidenti postuna namizədlərin adları açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə namizədlərin adları məlum olub.
 
Rusiya KİV-in məlumatına görə, bu posta Stella Kiriakides və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb.
AŞPA prezidenti Pedro Arqamunt oktyabrın 6-da könüllü olaraq istefa verib. Təşkilatın yeni prezidenti oktyabrın 9-da Strasburqda gizli səsvermə yolu ilə seçiləcək.