AŞPA həmməruzəçiləri gələn həftə Azərbaycana gələcəklər

Həmməruzəçilər əvvəlcə Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair hesabatlarını təqdim edəcəklər
 
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcəklər.
Həmməruzəçilər əvvəlcə, sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcəklər, gələn həftə isə hesabatla Bakıya gələcəklər.
Səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri və başqaları ilə görüşlər gözlənilir.
Azərbaycanla bağlı hesabatın sonradan oktyabrın 9-13-də Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasında müzakirə olunacağı və qəbul ediləcəyi gözlənilir.