​AŞPA-da Azərbaycanın gördüyü işlərə müsbət reaksiya: Qətnamə

Baxış sayı:
3370

AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları ilə bağlı hazırladığı qətnamə layihəsi müzakirə olunub. Qətnamə layihəsində Avropa məkanında öz doğma ölkələrində silahlı münaqişə və şiddət nəticəsində dörd milyon insanın məcburi köçkün vəziyyətində olduğu qeyd edilib.
Muxalifet.az xəbər verir ki, qətnamə layihəsinin 6-cı maddəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Layihədə Azərbaycanın məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər alqışlanır. Bildirilir ki, Dağlıq Qarabağ və onun ətrafında olan rayonlarda müharibə zamanı itkin düşmüş insanlarla bağlı tibbi ekspertiza işləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində davam edir.
Qeyd edilir ki, məcburi köçkünlərin humanitar ehtiyaclarına və hüquqlarına prioritet verilməli, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları tam şəkildə və dərhal tətbiq edilməlidir.