ASO-dan PKK-ya çox sərt xəbərdarlıq mesajı

Baxış sayı:
7765

 Suriyada işğalı davam etdirən PKK-ya Azad Suriya Ordusundan çox sərt bir mesaj verilib. Dəməşq Cəbhəsi Diviziyasının komandirlərindən Əbu Şakir PKK-ya anladığı dildən müraciət edilməsi lazım olduğunu xatırladaraq "Afrin bunun ən yaxşı sübutudur" - deyib.
 
Əbu Şakir, "PKK döyüşmədən Münbiçdən getməyəcək" deyərkən, ASO komandiri Əhməd Cadır isə "Yalnız Münbiç döyüşçülərindən ibarət olan bir güc də PKK-nı dəf etməyə kifayətdir" deyə söyləyib.
 
ABŞ israrı PKK-ya yaradı
 
 ABŞ-ın 2016-ci ilin iyun-iyul aylarından bu yana "PKK rayondan çıxacaq yalanına diqqət çəkən Əbu Şakir, ötən 3 ildə xüsusi xidmət, hüquq-mühafizə, hərbi qurumlar və əhali iqtisadi baxımdan təşkilatın gücləndiyini bildirib. ABŞ-ın diplomatiya inadkarlığının təşkilata yaradığını və PKK-nın burada kök saldığını bildirən Əbu Şakir, "2014-də Münbiçlilər olaraq İŞİD-ı necə məğlub etdiksə, indi PKK-nı da kökündən çıxararıq" deyib. “Zeytun Budağı” hərəkatına qoşulan şəxslərdən olan Əbu Şakir, "ABŞ layihəsi uğursuz olacaq, PKK məhv ediləcək və Münbiçin yenidən Münbiçlilərə aid olması əngəllənməyəcək. PKK-ya anladığı dildən xitab edilməlidir. Afrin bunun ən yaxşı sübutudur" deyib.
 
Münbiçlilərin olmadığı bir Münbiç xəyalı
 
 ASO komandirlərindən Əhməd Cadır hərbi işğalı iqtisadi və coğrafi istilaya çevirmək üçün ABŞ-PKK ittifaqının fövqəladə çalışdığını deyərək bu məlumatları verib: "Münbiç və ətrafında yüzlərlə hektar ərazi və minlərlə evə müxtəlif bölgələrdən gələn PKK-lı yerləşdirilib. Regionumuzda yer alan bütün döyüşçülər ölkə xaricindən və Münbiçdən kənar yaşayış məntəqələrindən gətirilən PKK döyüşçüləridir. Rayon mərkəzi və ətraf kəndlərdə 65 min nəfər sürgün edilib. Müniçlilərin olmadığı bir Münbiçi hədəf seçirlər. Ancaq biz bu işğalın hədəfinə çatmasına imkan verməyəcəyik. Yalnız Münbiçli partizanlardan ibarət 8 min nəfərlik bir ordu hazırdır".
Müxalifət.az