​Aslanlardan qaçan öküzlər insanlara yem oldu - VİDEO

Baxış sayı:
3964

Botsvana və Namibiya arasındakı sərhəd bölgədə maraqlı hadisə baş verib.
Aslanlardan qaçan buffalo öküzləri çayı keçmək istəyəndə boğulublar. Rəsmilər icazə verdikdən sonra yerli sakinlər buffalo cəsədlərini toplayaraq evlərinə aparıblar.
Botsvana tərəfi yüzlərlə buffalo öküzünün bir aslan sürüsü tərəfindən qovulduğunu və çaya doğru qaçdıqlarını bildirib. Heyvanlara çaya giriblər amma çay dərin olduğu üçün boğulublar.
BBC-yə açıqlama verən yerli sakinlərdən biri gecə aslan kükrəməsi eşitdiyini, səhər çayın kənarına enəndə izə yüzlərlə bufalo cəsədi ilə qarşılaşdığını bildirib. Mişeletti eyni zamanda bildirib ki, gecə buludlu olub və ay işığının olmaması öküzlərin ətrafı görməmələrinə səbəb olub./olke.az/