Aslanın əlindən qaçmaq istəyən antilopun acı sonu - Anbaan KADRLAR

Baxış sayı:
4978

Botsvana respublikasındakə Nxai pan milli parkında maraqlı hadisə qeydə alınıb. Safari gəzintisi zamanı Hempşirdən olan fotoqraf Syu Morrisin çəkdiyi fotolar vəhşi təbiətdə ölüm-dirim mübarizəsinə səhnə olub. Dişi bir aslan tutduğu antilop qaçmaq üçün mübarizə aparsa da, başqa bir aslanın hücumu ilə yırtıcıların yeminə çevrilib. Syu bildirib ki, bir gün əvvəl aslanın ailəsini görüb. Aslan da körpələrini doyurmaq üçün ova çıxıb. Antilop qaçmaq üçün var gücünü sərf etsə də, dişi aslan dişlərini ona keçirib. Bir dişi aslan da qəflətən antilopun belinə sıçrayıb və yerə yıxıb.