​ASALA terror təşkilatı bunun üçün yaradılmışdı – ABŞ-ın Türkiyəyə qarşı İYRƏNC PLANI

Baxış sayı:
2836

“Suriyadakı vətəndaş müharibəsi ABŞ və Avropa İttifaqının istədiyi kimi getmir. Gözləntiləri heç reallaşmadı. Yaxın Şərq ilə əlaqədar uzunmüddətli planları da suya düşdü”.
Bunu Türkiyənin “Haber7” saytında professor Ara Atun yazıb.
Onun sözlərinə görə, Türkiyə-Rusiya-İran ittifaqı ABŞ və Avropa İttifaqının qısa və uzunmüddətli bütün planlarını pozub.
 “Rusiyanın texnoloji üstünlüyü, Türkiyə ordusunun inanılmaz müvəffəqiyyəti, İranın qərarlılığı Amerika və avropalıları ciddi düşündürür. Dollarla neft satmayacağını açıqlayan Səddam Hüseyn başqalarına pis nümunə olmaması üçün devrildi və darmadağın olan bir İraqı buraxaraq geri çəkildi. Eyni şəkildə dollarla neft satmayacaqlarını açıqlayan Venesuella lideri Huqo Çaves və Liviya lideri Müəmmər Qəddafi də eyni aqibətlə üzləşdilər. İndi isə Türkiyə və ABŞ-ın maraqları güclü şəkildə ziddiyyət təşkil edir. ABŞ-ın regional mənfəətləri Türkiyəni parçalayaraq torpaq qopardıqdan sonra bölgədə İran, İraq və Suriyadan da ərazi qopararaq bir kürd dövləti qurmaqdan keçirsə, Türkiyənin mənfəəti da “Misaki Milli”nin hüquqlarını qorumaq və ərazi bütövlüyünü toxunulmaz saxlamaqdır”, - o qeyd edib.
Ara Atun qeyd edir ki, ABŞ-ın Türkiyəni bölmə və torpaq qoparma fəaliyyəti hələ 1975-ci il tarixində ASALA (Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu) ilə başlayıb:
 “Kiprin yunan rəhbərliyi, xüsusilə də parlament sədri Vassos Lissaridisin dövründə ASALA-ya Kipr adasında düşərgə verməsi ilə pik nöqtəsinə çatan ASALA-nın fəaliyyəti 1985-ci ildə Türkiyənin zərbələri ilə başa çatdı. ABŞ-ın dəstəyi ilə 1978-ci il noyabrın 27-də rəsmən qurulan və 1979-cu il iyulun 30-da ilk qanlı aksiyasını həyata keçirən PKK 1980-ci il sentyabrın 12-dəki hərbi çevrilişdən sonra Türkiyədən torpaq qopartmaq fəaliyyətinə sürət verdilər. Hazırda Türkiyə hökumətinin qətiyyəti və Türkiyə Silahlı Qüvvələrinin müvəffəqiyyəti Türkiyədə və sərhədyanı bölgələrdə PKK-nın varlığına böyük zərbə vurub. Yaxın Şərqə hakim olmaq, nefti idarə etmək və İsraillə müttəfiq bir dövlət qurmaq planları Türkiyə-Rusiya-İranın ittifaqı səbəbindən tamamilə çöküb. ABŞ və Avropa İttifaqı buna görə də keçmişdəki yalanlarına daha birini əlavə edir və Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etdiyini iddia edir”.
Professor qeyd edir ki, ABŞ-ın Vyetnamda Çin-Vyetnam ittifaqı qarşısında aldığı məğlubiyyətin bənzərini Suriyada Türkiyə-Rusiya-İran ittifaqı qarşısında alacağı çox açıqdır: “Aydındır ki, ABŞ tənəzzül prosesinə daxil olub və bunun fərqində deyil. Dünya ticarəti üzərində təzyiq ilə 1944-ci ildə Bretton-Vuds razılaşması (1944-cü il iyulunda ABŞ-ın Nyu-Hempşir ştatının Bretton-Vuds qəsəbəsində toplanan Birləşmiş Millətlər Təşkilatının Pul və Maliyyə konfransında “Beynəlxalq Pul Razılaşması" imzalanıb. Razılaşma ilə beynəlxalq ödəmələrdə istifadə olunacaq yeni bir sistem inkişaf etdirilib. Şərq bloku xaricindəki 44 ölkədən 730 nümayəndənin qoşulduğu bu razılaşma ilə qoşulan ölkələrin pulları üçün sabit məzənnə əsası mənimsənmiş və razılaşmaya qatılan hər ölkənin pulunun dəyərinin dollara görə müəyyən olunması qəbul edilmişdir. Müəyyən pul sisteminin qaydalarını təyin edən bu razılaşma Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun qurulmasına qərar verib –red.) ilə qurduğu dollar hakimiyyəti sona çatdığı halda, çöküşü də çox qısa zaman kəsiyində reallaşacaq”./publika/