Arvadın çığır-bağırı nota köçürüldü: qeyri-adi... - Video

Baxış sayı:
2968

Fransada yaşayıb, yaradıcılıqla məşğul olan istedadlı pianoçumuz Etibar Əsədli musiqi sahəsində çox ciddi, bir o qədər də əyləncəli üsluba müraciət edib.
Belə ki, musiqiçi danışıq səslərini nota köçürdüb, pianoda ifa edir. Etibar, layihəsini gerçəkləşdirmək üçün son zamanlar telefonlarda yayılan əsəblə qışqıran qadın səsinə müraciət edib.
Gənc pianoçu bildirib ki, bu, kifayət qədər mürəkkəb və dünya musiqi təcrübəsində geniş yayılmış üslubdur. Azərbaycanlı musiqiçilər arasında isə bu yenilik yalnız ona məxsusdur.
Xatırladaq ki, sözügedən layihə Etibarın ilk təcrübəsi deyil. Belə ki, o, bir il öncə Məmməd Əmin Rəsulzadənin 28 may 1918-ci il çıxışı üzərində də maraqlı ifası ilə yadda qalmışdı.