​Armstronqun şəxsi əşyaları 7,4 milyona satıldı

Baxış sayı:
1159

Aya ayaq basan ilk insan kimi tarixə düşən Nil Armstronqun şəxsi əşyaları hərraca çıxarılıb.
Muxalifet.az xəbər verir ki, əşyalar ABŞ-ın Dallas şəhərindəki "Heriteyg" muzeyində keçirilən hərrac zamanı 7,4 milyon dollara satılıb.
Hərracda ən baha qiymətə satılan əşya onun Aya uçduğu "Apollon 11" gəmisindəki şəxsiyyət sənədi olub. Sözügedən sənəd 486 min 500 dollara satılıb.