​“Arka sokaklar”ın “Rza baba”sı ilə bağlı MARAQLI AÇIQLAMA: “Uşağı olmasını istəmədi”

Baxış sayı:
7237

Türkiyənin Kanal D televiziyasında yayımlanan “Arka sokaklar” serialından “Rza baba” kimi tanınan Zəfər Erginin keçmiş həyat yoldaşı Mələk Baykal maraqlı açıqlamalar verib.
Cütlük 1975-79-cu illərdə evli olub. Mələk Baykal 4 il davam edən evliliklərinin bitmə səbəbini açıqlayıb. Keçmiş ərindən 12 yaş balaca olan Mələk buna baxmayaraq Zəfəri çox sevdiyini deyib. 
“Mən o zaman 19 yaşında idim. Uşaq istədim, amma Zəfər istəmirdi. Onsuz da evliliyimizi davam etdirə bilmədik. Bəlkə də səhv zamanda bir-birimizə rast gəlmişdik”, - deyə xanım bildirib.
Zəfər Ergindən sonra 1982-ci ildə Uorner Streininq adlı xarici vətəndaşla evlənən Mələk 34 il evli olduğu həyat yoldaşı ilə boşanmaq üzrə olduğunu açıqlamışdı. Zəfər Ergin isə həmkarı Binnaz Erginlə evlidir.