Arif İbrahimov Ermənistana keçib - MÜDAFİƏ NAZİRLİYİNDƏN ŞOK İDDİA

Baxış sayı:
20500

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədini keçmiş Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat yayıb.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, hadisə gecə saat 01:30-da baş verib.

Erməni hərbçiləri Azərbaycan tərəfdən yaxınlaşan adama atəş açıblar. Məlumata əsasən, o, ayağından yaralanıb və hospitala yerləşdirilib.

Ermənistan KİV-lərinin yaydığı informasiyaya görə, saxlanılan şəxsin üzərində Azərbaycanın Qazax rayonunun 1986-cı il təvəllüdlü sakini Arif İbrahimova aid sənədlər aşkarlanıb.