Arif Hacılıdan Mehman Əliyevin xanımına müraciət

Müsavat başqanı Arif Hacılı vergi borcu ittihamıyla həbs olunmuş Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin xanımı Zemfira Əliyevanın mətbuata verdiyi müsahibəsi ilə bağlı bu sözləri deyib.
 
“Mehman bəyin həbsdə olduğunu onun 86 yaşlı atasına da deyin Zemfira xanım.”
Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Mehman Əliyevin xanımı deyib ki, Mehman bəylə fəxr edir.
Biz hamımız Mehman bəylə fəxr edirik.
Özünü tanıyan hər bir Azərbaycan vətəndaşı onunla fəxr edir.
Mehman bəyin həbsdə olduğunu onun 86 yaşlı atasına da deyin Zemfira xanım.
Mehmanın atası oğlunun necə müqəddəs ucalıqda olduğunu əlbəttə anlayacaq.”