Aralıq dənizində 7 ölkə Türkiyəyə qarşı bir araya gəldi!

Baxış sayı:
11722

Aralıq dənizi ilə ən uzun quru sahili olan ölkələrin başında gələn Türkiyəyə qarşı bölgədə aparılan çirkli oyun yeni bir ölçü qazanıb. Misir Neft və Metal Sənəti Nazirliyinin verdiyi açıqlamaya görə, Aralıq dənizində aralarında Türkiyənin olmadığı 7 ölkə Şərqi Aralıq Dənizi Qaz Forumunun yaradılması üçün razılığa gəlib.
 
 Açıqlamada, Cənubi Kipr Yunan tərəfi, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fələstin və ev sahibi Misirin enerji nazirləri forumun yaradılması üçün Qahirədə bir araya gəlib.
Şərqi Aralıq dənizi bölgəsində indiki və mümkün qaz istehsalçıları ilə istehlakçı tərəfləri arasında və bölgədən keçidə dair məsələlərdə beynəlxalq hüquqa uyğun əməkdaşlığın zəruri olduğu vurğulanıb.
Müvafiq ölkələrin nazirləri regiondakı qaz potensialının səmərəli istifadə edilməsi üçün texniki və iqtisadi sahələrdə səmərəli iş birliyinin yolunu açmaq üçün iş öhdəliyində olub.
 
Regional qaz bazarının yaradılması məqsədi güdülür
 
 Açıqlamada, forumun əsas hədəflərinin, ərz və tələbi təmin etməklə, üzvlərin maraqlarına xidmət edəcək regional qaz bazarının yaradılması olduğu qeyd edilib.
Mərkəzinin Qahirədə olmasına qərar verilən Şərqi Aralıq Dənizi Qaz Forumunun (DAGF) yaradılmasına dair mövzuları müzakirə etmək üçün üzv ölkələrin energetika nazirlərinin apreldə yenidən bir araya gələcəyi bildirilib.
DAGF-nin maraq və hədəflərini qəbul edən Şərqi Aralıq dənizindəki istehsalçı, istehlakçı və ya keçid ölkələrindən hər hansı biri foruma daha sonra da üzv ola biləcək.
Müxalifət.az