AQTA un kisəsindən heyvan sümüyünün çıxmasını araşdırır

Baxış sayı:
8419

Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyünün çıxması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.

AQTA-dan verilən məlumata görə, sözügedən hadisə ilə bağlı video-görüntü mətbuatdan götürülüb və agentlikdə araşdırmalara başlanılıb. 

“Araşdırmalar başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb. Bu barədə KİV-lərdə məlumat yayılıb. /azvision.az/