Aptek müdirinin asılmış meyiti tapıldı - BAKIDA

Baxış sayı:
3357

Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.  

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.