​"APA Holdinq"-in fəaliyyəti bərpa olunur? – VÜSALƏ MAHİRQIZINDAN AÇIQLAMA / YENİLƏNİB

Baxış sayı:
5107

"APA Holdinq"-in keçmiş rəhbəri Vüsalə Mahirqızı şirkətin fəaliyyətini bərpa edəcəyi barədə xəbərə münasibət bildirib. V.Mahirqızı Demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib. O, "APA Holdinq" fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib: "Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. "APA Holdinq"-in bərpa olunacağı barədə xəbərlər səhvdir". *** Bu il martın 1-dək "APA Holdinq" fəaliyyətini bərpa edəcək. Bu barədə "APA Holdinq"-in keçmiş əməkdaşlarından məlumat daxil olub. Məlumata görə, şirkətə rəhbərliyi yenə Vüsalə Mahirqızı edəcək. Artıq "APA Holdinq"-in keçmiş əməkdaşlarının əksəriyyətinə işə qayıtmaları barədə təklif də göndərilib. "APA Holdinq"-in yeni adla fəaliyyətə başlayacağı gözlənilir. Xatırladaq ki, 2018-ci il avqustun 1-də "APA Holding" fəaliyyətini dayandırıb.