​Ankaradan ABŞ-a adekvat cavab - XİN-dən BƏYANAT

Baxış sayı:
967

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına ABŞ-a səfərlərdən imtina etməyi məsləhət görüb.
Muxalifət.az xəbər verir ki, bu haqda xarici siyasət idarəsinin bəyanatında deyilir.
Nazirlikdən qeyd ediblər ki, tövsiyə ABŞ-da Türkiyə vətəndaşlarının qanunsuz həbsləri və terror aktlarının yüksək riski ilə bağlıdır.
 “ABŞ-da terrorizmlə bağlı hadisələr və zorakı hərəkətlərin sayının artması müşahidə olunur”, - bəyanatda qeyd edilir.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına yüksək terror təhlükəsi və bu ölkədə ABŞ vətəndaşlarının qanunsuz həbslərinə Türkiyəyə səfər etməməyi məsləhət görüb.