​Ankara bizə hörmət etməlidir - Qarqaş

Baxış sayı:
2770

Türkiyə və Ərəb ölkələri ilə münasibətlərin ən yaxşı səviyyədə olmadığını görmək çətin deyil. Ankara ərəblərin müstəqilliyini nəzərə alaraq, qonşuları ilə məntiqli və ağıllı iş görməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər naziri Ənvər Məhəmməd Qarqaş öz Tvitter hesabında yazıb. O bildirib ki, rəsmi Ankara Ərəb ölkələrinin müstəqilliyinə hörmət etmir.
Qeyd edək ki, bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şahzadə Abdullah bin Zeyd Tvitterdə Fəxrəddin Paşanı tənqid edən tvit paylaşmışdı. O, paylaşımında Osmanlını Mədinənin müdafiəsi əvəzinə, onu yağmalamaqda ittiham etmişdi. Zeyd həmçinin Ərdoğanın babalarının müsəlman ərəblərlə əlaqəsinin onları talan etmək üzərində qurulduğunu bildirmişdi. Türkiyə lideri isə çox sərt şəkildə buna cavab vermiş, “Türklər Mədinəni müdafiə edib, qanlarını tökəndə sizin babalarınız harada idi” - deyə bildirmişdi. Həmçinin Ankara bələdiyyəsi BƏƏ-nin Ankara səfirliyinin qarşısındakı küçəyə “Fəxrəddin Türkkan” adını vermişdi.