ANAMA əməkdaşı Füzulidə minaya düşdü

Baxış sayı:
992

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Bu gün saat 19 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı, 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.