Ana bətnindəki körpə ərəbləri hirsləndirdi - VİDEO

Baxış sayı:
5407

Qətərin paytaxtı Dohada "Sidra Medicine Hospital"ın ərazisində dünyaca məşhur britaniyalı rəssam, memar və instalyator Demien Hörstün "Ecazkar səyahət" ("The Miraculous Journey") adlı heykəllər kompoziyasının təkrar açılışı olub.
Muxalifet.az The Guardian-a istinadən bildirir ki, kompozisiya embrion və ana bətnini əks etdirən 14 bürünc heykəldən ibarətdir.
Kompozisiya ana bətnində uşağın inkişafını embriondan başlayaraq doğuşa qədər əks etdirir.
"Ecazkar səyahət" 2013-cü ildə açılsa da, sosial şəbəkələrdə çoxsaylı etirazlardan sonra heykəllər qapadılmışdı. Doha rəsmiləri bunu "tikinti işlərinin aparılması" ilə əlaqələndirmişdilər.
Qətərin Səhiyyə Nazirliyi heykəllər kompozisiyasının təkrar açılışından yenə etiraz etmək niyyətindədir. Qətər özünü mütərəqqi ərəb ölkəsi kimi göstərməyə çalışsa da, yerli əhalinin tam əksəriyyəti çağdaş sənətə çox mühafizəkar yanaşır.
Kompozisiyanın sifarişçisi, Qətər əmiri şeyx Həmad bin Xəlifə əl Taninin qızı Əl Məyassa bint Həmad hesab edir ki, ana bətni və embrion formasında olan heykəlləri heç bir halda tənqidçilər təki, çılpaq qadın bədəninin görüntüləri ilə müqayisə etmək olmaz.
"Quranda da doğuluşun möcüzəsindən bəhs olunur. Ona görə də heykəllər mədəniyyətimizə və ya dinimizə zidd deyil", - şeyxin qızı deyib.
"Sidra Medicine Hospital" məşhur sənətçilərin əsərlərini aktiv şəkildə alır. Hörstün heykəllərinin ucaldığı xiyaban hospitalın kolleksiyasında 65 əsərdən biridir.
"Sidra Medicine Hospital"ın əsas korpusunun 4-cü mərtəbəsində gənc britaniyalı rəssam Treysi Eminin "Okeana qulaq asıram və eşitdiyim sadəcə, sənsən" (I Listen To The Ocean And All I Hear Is You) əsəri var.

Videonu izləmək üçün şəklə klikləyin:
Ana bətnindəki körpə ərəbləri hirsləndirdi