Amerikalılar güclü beyinləri “oğurlayırlar” - Jirinovski

Baxış sayı:
3346

İngilis və digər əcnəbi dillər “beyin axını”na səbəb olduğu üçün məktəblərdə ödənişli əsaslarla tədris edilməlidir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski deyib.
“Alimlər, mühəndislər, proqramçılar, yaxud həkimlər müxtəlif ölkələrdə yaxşı təhsil alırlar. Rusiya və Hindistandakı kimi... Dövlətin 15 ildə yetişdirdiyi mütəxəssis daha sonra yüksək məbləğdə maaşa Avropa və Amerikaya yollanır. Güclü beyinlərin “oğurlanması” üçün bütün dünyada ingilis dilini məcbur hala gətirdilər”, - deyə partiya lideri bildirib.